Bakıda qadın özünü bıçaqladı

Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. 
 
Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 17 radələrində T.İsmayılov küçəsindəki həyət evlərinin birində qeydə alınıb.
 
Həmin mənzildə yaşayan 54 yaşlı Nazilə Əliyevı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
 
İlkin ifadəsində qadın öz-özünü bıçaqladığını deyib. Lakin yaralının vəziyyəti ağır olduğu üçün hadisəni tam danışa bilməyib.
 
Faktla bağlı araşdırma aparılır.