
İran hakimiyyəti il ərzində 150 alkoqolizm ilə mübarizə mərkəzi açmağı planlayır, bu barədə bazar ertəsi İSNA agentliyi bildirib. Oxu.az xəbər verir ki, hakimiyyət bu qərarı, İranda istifadəsi qadağan edilən alkoqolun istehlakının artması ilə əlaqədar qəbul edib.
Rəsmi məlumata əsasən, hazırda 200 mindən artıq iranlı alkoqolizmdən əziyyət çəkir. Agentlik xatırladır ki, ilk ayıltma məntəqəsi Tehranda 2013-cü ilin sonunda açılıb.
İranda alkoqol istifadəsi 1979-cu ildən – İslam inqilabından sonra qadağan edilib.