
Ukrayna parlamenti bu sənədi mayın 21-də qəbul etmişdi.
Bu sənədlərdən birində Moldovanın separatçı dnestryanı regionunda yerləşdirilən Rusiya qüvvələrinin Ukrayna ərazisindən hərəkətinə icazə verilirdi.
Bundan başqa bu razılaşmalarda dövlətlərarası hərbi nəqliyyat əlaqələri,məxfi informasiyaların qorunması, hərbi-kəşfiyatvə hərbi-texniki əməkdaşlıq nəzərdə tutulurdu.
Ukrayna Rusiyanı ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb. (azadliq.org)