Güləndən şok seçki açıqlaması

«Bu gün milləti qurban edənlər, sabah olarlar millətə qurban»
 

Fətullah Gülən Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verib. «Herkul.org» saytında yayılan açıqlamada bu fikirlər yer alıb: «Bu gün milləti qurban edənlər sabah olarlar millətə qurban. Bu gün pislik edənlər sabah elə pisliklərə məruz qalacaqlar ki… Şübhəniz olmasın, Allah etdiklərinin on qatı ilə onlara əzab verəcək. Özlərini çox güclü görənlər qıvrılacaqlar, gözlərini üzünüzə dikib baxacaqlar, yardım dilənəcəklər. Firon da özünü çox güclü sayırdı. Həzrəti Musa və bir ovuc musəvi qarşısında qərq olub gedərkən peşman oldu, amma iş-işdən keçmişdi».
 
Gültəkin