
Türkiyədəki son seçkidə istədiyi nəticəni ala bilməyən AKP hökumətinin məşhur «balkon çıxışı» da gecikməli oldu. Baş nazir Davudoğlu nəticələr açıqlanandan sonra bir neçə saat sükutu pozmadı. Görünür, seçkinin nəticələri Ərdoğan hökuməti üçün həqiqətən sürpriz olmuşdu. AKP dünənki seçkilərdə səslərin 40.9 faizini toplaya bildi. Bu da hakim partiyanın təkbaşına hökumət qurmaq imkanını itirməsi deməkdir. Bununla yanaşı, Ərdoğanın uzun müddətdən bəri təbliğatını apardığı «başqanlıq sisteminin» də xəyal olaraq qalmasıdır.
Beləliklə, Davudoğlu AKP-nin baş qərargahında balkona çıxdı və parlament seçkilərinin nəticəsini qiymətləndirdi. Davudoğlu çıxışına seçicilərini və prezident Ərdoğanı salamlamaqla başladı: «Bütün seçicilərimizə və bu balkonu demokratiya mərtəbəsinə çevirinə prezidentimizə salam olsun. Sizlərin bu coşqusu demokratiya şölənidir. Bu şöləni bizə yaşadan təşkilatımıza salam olsun. Ən böyük təşəkkür millətimizədir. AKP 13 ildir bir şey uğrunda mübarizə aparır, o da milli iradədir. Hər cür maneə ilə qarşılaşdıq. Partiyamızı qapatmağa çalışdılar. Amma bizə hər zaman «milli iradə» dedik».
Böyük imtahanlardan keçdiklərini deyən Davudoğlu «heç vaxt əyilmədik, əyilməyəcəyik» deyə sözünə davam etdi: «Seçkinin birincisi AKP-dir. AKP yenə dastan yazdı. Həmd olsun ki, böyük uğurlara imza atdıq. Qarşıda daha böyük uğurlarlar var. Bir an belə, durmayacağıq. Nəfəsimizin kəsiləcəyini düşününlər bilsin ki, bizim üçün dönəmlər yox, əsrlər önəmlidir. Hamı bilməlidir ki, AKP bu seçkinin qalibi və birinсisidir. Heç kim uduzduğu seçimi zəfər kimi təqdim etməyə çalışmasın. Türkiyənin onurğası AKP-dir».
Davudoğlu bildirib ki, hazırkı siyasi tabloan Türkiyənin istiqrarına zərər gəlməməsi üçün AKP hər сür tədbir görəjək: «Bu millətə zərər verilməsinə əsla icazə verməyəcəyik. Hansısa çevrə böhran ssenarilərinə sərmayə qoymağa çalışarsa, bilsin ki, AKP-nin kadrları dimdik ayaqdadır. Yolumuza əvvəlki qətiyyətlə davam edəcəyik. Bizə səs verən və verməyən bütün vətəndaşlarımızı qucaqlayacağıq. Bu seçkidən alınacaq mesajları birlikdə dəyərləndirəcək və yolumuza davam edəcəyik».
Baş nazirin seçkidə səs toplamış digər partiyalarar mesajı isə belə oldu: «Kiçik hesablarla qələbə düzəltməyə çalışmayın. Yeni bir Konstitusiya ilə bağlı bütün partiyalara yenidən çağırış edirik. Bütün partiyalar özü ilə zorakılıq və terror arasında məsafə qoymalıdır. Hər cür fikrə açığıq, birindən başqa. O da qiyamdır. Heç bir dairə Türkiyənin müqəddəratını müəyyən etməyə çalışmasın. AKP millət üçün ən doğru olanını etməkdə qərarlıdır. Sabah yeni bir Türkiyə üçün yeni bir yola çıxacağıq. Yeni Türkiyə inşa etmək üçün çalışacağımıza söz veririk. Allah sözümüzü tutmağı nəsib etsin».
Gültəkin