Abutalıbov villaları canlı musiqi ilə sökdürdü VİDEO

Bakının “Dostluq” parkı ərazisində qanunsuz tikilmiş villalar musiqi sədaları altında sökülür. 
 
 
virtualaz.org xəbər verir ki, bunun üçün söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib. Onun ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatır.
 
O da maraqlıdır ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsın nəzarət edir.
 
Bakı merinin bildirdiyinə görə, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.