
Şanlıurfada seçki mətəqəsində baş verən mübahisə, sonradan silahlı qarşıdurmaya çevrilib. Tərəflər qarşıdurma zamanı tüfəngdən, bıçaq və daşdan istifadə ediblər. Hadisəyə səbəb, Şanlıurfanın Yeniköy məhəlləsində səsvermə məntəqələrini ziyarət etmək istəyən HDP-li qrupun qarşısının alınması olub. Tərəfləri sakitləşdirməkdə gücsüz olan jandarmalar, əraziyə əlavə qüvvlələr çağırıblar. Hadisə zamanı yaralanan 15 nəfər təcili yardım və avtomobillərlə xəstəxanalara aparılıb. Yaşanan gərginliyin davam etməməsi üçün məhəllə polis və jandarma qüvvələrinin nəzarəti altında saxlanılır.
azadliq.info