Obama Rusiyadan başladı

G7 zirvəsi üçün Almaniyaya gələn ABŞ prezidenti Barak Obama, ilk olaraq Rusiyanın Ukrayna siyasətini tənqid edib. Obama, sammit çərçivəsində digər liderlərlərlə də Rusiyanın Ukraynaya qarşı sərgilədiyi təcavüzkar rəftarı müzakirə edəcəklərini vurğulayıb.
 
Almaniyanın ABŞ-ın çox yaxın partnyoru olduğunu vurğulayan Obama, bütün  mövzularda kansler Merkelin göstərdiyi ortaqlıq və rəhbərlik bacarığına görə ona minnətdarlıq edib. Almanlara qısa bir mesajı olduğunu ifadə edən Obama, bunları deyib:
 
"Avropada və bütün dünyada bərabərik, ayrılmaz tərəfdaşlarıq", deyə Obama bildirib.
 
Almaniya kansleri Angela Merkel isə bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, ABŞ-ın onlar üçün çox əhəmiyyətli bir müttəfiq olduğunu bildirib:
 
"Bəzi fikir ayrılıqlarına baxmayaraq, ABŞ Almaniyanın çox əhəmiyyətli müttəfiqidir və hər iki ölkənin maraqları istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik. Burada təyin edici olan isə ortaq dəyərlərdir".
 
 
azadliq.info