Almaniyalı idmançılar siyasi məhbuslara azadlıq tələb edir

BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə xüsusi nümayəndəsi Miçel Fors bir neçə gün öncə Azərbaycandakı siyasi məhbusları azad etməyə çağırıb. O, eyni zamanda Bakıda keçirilən Avropa Oyunlarında iştirak edəcək idmançıları da siyasi məhbsulara azadlıq kampaniyasına qoşulmağa səsləyib. Bu çağırışa ilk reaksiya Amaniyadan gəlib.

Almaniya Olimpia Komitəsinin sözçüsü Kristian Şırayber Frankfurter Algemanie Zeitung qəzetinə açıqlamasında bildirib ki, Avrpa Oyunlarında iştirak edəcək alman atletlər BMT təmsilçisinin çağırışına qoşularaq, Azərbaycandakı siyasi məhbsuların azad edilməsinin vacibliyini bildiriblər. Almaniya Olimpia Komitəsinin sədri Mixail Vester BMT nümayənsədini Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbini aqışladığını bildirib. O daha sonra qeyd edib ki, Azərbaycanda insan hüquqları uğrunda mübarizə aparan kəslərlə həmrəydirlər. Vester əlavə edib ki, siyasi məhbsuların azad edilməsilə bağlı müraciəti rəsmi Bakıya çatdıracaqlar.

azadliq.info