ABŞ Rusiya ilə sərhəddə raket yerləşdirmək niyyətindədir

ABŞ Rusiyanın təcavüzünə müqavimət məqsədi ilə Avropada raketlər yerləşdirə bilər. Bu barədə AR agentliyi məlumat yayıb. Məlumata görə, Pentaqin rəhbəri Rusiyaya müqavimət göstərməyin variantlarını müzakirə etmək məqsədi ilə Almaniyaya səfərə hazırlaşır. 
Ötən ilin yayında ABŞ Rusiyanı 1987-ci ildə imzalanan razılaşmaya əməl etməməkdə günahlandırıb. Bu müqaviləyə əsasən, SSRİ və ABŞ ora və yaxın mənzilli raketləri tam məhv etməli idi. ABŞ dəfələrlə bildirib ki, pozuntular davam etsə, qarşılıqlı addımlar atılacaq. 
AR iddia edir ki, hazırda Obama administrasiyası bir sıra “aqressiv cavab tədbirləri”ni nəzərdən keçirir. Həmçinin Avropa qabaqlayıcı zərbələr endirə biləcək raketlərin yerləşdirilməsi nəzərdə tutulur. 
azadlıq.info