FİFA rəsmisindən rüşvət etirafı

FIFA-ın icra komitəsinin üzvü Kuk Blazer məhkəmədə 1998-ci və 2010-cu illərdə keçirilən dünya çempionatları zamanı rüşvət aldığını etiraf edib. Böyük qalmaqala səbəb olan bu etirafdan sonra FTB Blazerlə işbirliyinə gedərək FİFA-nın iclaslarına dinləmə qurğuları yerləşdirib. 
Xatırladaq ki, 1998-ci ildə keçirilən futbol dünya çempionatı Fransada, 2010-cu ildə keçirilən çempionat isə Cənubi Afrikada keçirilmişdi.