BMT TŞ Ukraynayla bağlı təcili toplanır

İyunun 5-də BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı növbədənkənar toplantısı keçiriləcək. Şura üzvlərinin təcili toplanmasına səbəb Ukraynanın şərqində vəziyyətin pisləşməsidir. Toplantı Litvanın təklif i əsasında təyin edilib. Müzakirələrdə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman da iştirak edəcək. Toplantıdan sonra keçiriləcək brifinqdə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının təmsilçilərinin hesabat xarakterli çıxışı olacaq.
 
Qeyd edək ki, iyunun 3-də Ukraynanın şərqində vəziyyət anidən kəskinləşib. Həmin gün axşam saatlarına qədər qızğın döyüşlər gedib.
 
Gültəkin