İran prezidenti Həsən Ruhani ölkəsinin Suriya hökumətini sonadək dəstəkləyəcəyini bildirib. Tehranda Suriya parlamentinin sədri Muhammed Cihad əl-Lehamla görüşən Ruhani Suriyanın düşmənlərinin ümid və hədəflərinin boşa çıxdığını deyib: «Allaha şükür ki, bir neçə aya Şamı devirəcəklərini zənn edənlərin ümid və hədəfləri dörd illik dirənişin ardından yox oldu».
Qeyd edək ki, Britaniyanın «Times» qəzeti son saylarının birində İranın Suriyaya dəstəyindən yazıb. Məqalədə bildirilir ki, İran Suriya hökumətinin ömrünü uzatmaq üçün Əfqanıstan və Pakistan kimi ölkələrdən muzdlu əsgərlər toplayır.
Gültəkin