Misirin devrilmiş prezidenti Məhəmməd Mursi, barəsində çıxarılmış edam hökmündən yayınmaq üçün Türkiyə vətəndaşlığını qəbul edə bilər. Bu barədə məlumatı Misirin «Əl Əlam əl Yum» qəzeti yayıb. Qəzetin yazdığına görə, hazırda «Müsəlman Qardaşlar» Hərəkatı edam cəzasından qurtulmaq üçün Mursinin Misir vətəndaşlığından çıxmasının işə yarayıb-yaramayacağını araşdırır. Bundan əvvəl təşkilatın üzvlərindən Salah Sultanın oğlu Məhəmməd Sultan ABŞ vətəndaşı olduğu üçün barəsindəki edam hökmü ləğv edilmişdi. M.Sultan mühakimə olunmaq üçün Birləşmiş Ştatlara göndərilmişdi.
Qeyd edək ki, Mursi barəsində yekun qərar iyunun 16-da açıqlanacaq.
Gültəkin