FTB Rusiya və Qətara dünya çempionatlarının verilməsini araşdırır

ABŞ Federal Təhqiqatlar Bürosu Rusiya və Qətara futbol üzrə dünya çempionatlarını keçirmək hüququnun necə verilməsini araşdırır. İsveçrə prokurorları artıq bu məsələni araşdırdıqlarını deyiblər. 
Xatırladaq ki, ötən həftə İsveçrə polisi bu məsələ ilə bağlı araşdırmaya başladığını elan etdi. Guardian nəşrinin yazdığına görə, İsveçrə polisi dünya çempionatlarına ev sahiblik edəcək ölkələrin seçimi zamanı səs verən on nəfəri dindirib. 
2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatları ilə bağlı araşdırma Sürixdə FİFA-nın rəhbər şəxslərinin, o cümlədən vitse-prezident Ceffri Uebin həbsindən sonra başlayıb. Həbs edilən şəxslər ümumilikdə 100 mln dollar rüşvət almaqda ittiham edilir. 
azadlıq.info