İran Əsəd üçün muzdlu əsgərlər toplayır

İran Bəşər Əsəd rejiminin ömrünü uzatmaq üçün Əfqanıstan və Pakistandan muzdlu əsgərlər toplayır. Bu barədə Britaniyanın «Times» qəzeti məlumat yayıb. Muzdlu əsgərlər Suriyada ön сəbhədə İŞİD-lə savaşmaq üçündür. Bunun qarşılığında həmin əsgərlərə minlərlə dollar pul təklif olunur. Qəzetin yazdığına görə, muzdlu əsgərlərin toplanmasını İranın Əfqanıstandakı səfirliyi koordinasiya edir. Səfirlik Suriyadakı savaşa qatılmaq istəyənlərə hər ay yüzlərlə viza alır. Pakistanda isə muzdlu əsgərlər internet vasitəsilə toplanır. Döyüşmək istəyənlərə hər ay 3 min dollara yaxın pul təklif olunur.
 
«Times»ın araşdırmalarına görə, təklifə razılıq verənlər əsasən işsizlikdən və maddi problemlərdən əziyyət çəkənlərdir. Lakin əsas səbəblərdən biri də dini amildir.
 
Qəzet onu da bildirir ki, hazırda İranda 2 milyon qaçaq əfqan yaşayır: «Onlardan bir çoxunu deportasiya etməklə hədələyərək Suriyaya göndərirlər. Əsəd rejiminə qarşı vuruşan müxalifələr də bildiriblər ki, son 4 ayda savaşdıqları hərbiçilərin 80 faizi əcnəbilərdir».
 
Müxaliflərin komandirlərindən biri «Times»a bildirib ki, bir müddət əvvəl 9 əfqanı əsir götürüblər. Həmin əsirlərdən onlara Suriyada döyüşməyin müqabilində 5 min dollar verildiyini öyrəniblər: «Tehrandan gəliblər. Onları Suriyaya getməyəcəkləri təqdirdə ölkədən çıxarmaqla hədələyiblər. Heç bir təlim keçməyiblər. Bura ölümə göndəriliblər».
 
Gültəkin