İbrahimoviç üçün Şamaxıda kabab qonaqlığı

İsveç millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviçin Azərərbaycana gəldiyini xəbər vermişdik. 1 həftəyə yaxın ölkəmizdə qalmağı planlaşdıran 33 yaşlı hücumçu bölgələrimizi də gəzəcək. Dünən günorta saatlarında Bakıya gələn ulduz daha sonra Şamaxıya yola düşüb. Burada onu kababa qonaq ediblər. 
 
Qeyd edək ki, İbrahimoviçin Qəbələyə ziyarət etməsi də planlaşdırılır. Onun ölkəmizə ov etmək məqsədi ilə gəlməsi isə demək olar ki, öz təsdiqini tapıb. (futbolinfo.az)