Bu günlərdə beşinci müddətə FİFA prezidenti postuna seçilmiş Yozef Blatter istefa verdiyi elan edib. Bu barədə o keçirdiyi mətbuat konfransında məlumat verib.
Qurumun yeni rəhbərinin adı növbədənkənar qurultayda bəlli olacaq.
Xatırladaq ki, ötən həftə ABŞ Federal Təhlükəsizlik Xidmətinin apardığı araşdırmanın nəticəsi olaraq FİFA-nın bir neçə yüksək rütbəli məmuru həbs edildi. Onlara qarşı FTX tərəfindən korrupsiya ittihamı irəli sürüldü.
1998-ci ildən FİFA-ya rəhbrlik edən Blatterin də adı korrupsiya qalmaqallarında hallanırdı və onun istefaya getməsi ilə bağlı çağırışlar edilirdi. Lakin tənqidləri qəbul etməyən Blatter quruma yenidən rəhbər seçiləndən sonra bildirdi ki, istefa verməsi ittihamları qəbul etməsi anlamına gələcək.
azadliq.info