
Hazırkı prezident Barak Obamanın Suriya siyasətinin əleyhdarlarından olan Graham ABŞ-ın İranla nüvə proqramına dair danışıqların da əsas tənqidçilərindəndir. Mitinqdəki çıxışında Graham onu da bildirib ki, radikal islamçılarla bir yerdə olmaları mümkün deyil: «Çünki onların tərəfdarları bizim həyatımızı yox etmək istəyirlər. ABŞ ancaq təhlükəsizliyini təmin etməklə güclü qala bilər. Radikal islamçıların ölkəmizi vurmaq üçün 11 sentyabrda olduğundan daha çox silahları və pulları var. Kök salıblar, genişləniblər və zəngindilər. Amma mən prezident olaraq onları balaca və kasıb vəziyyətə, gizlənməyə yer axtaranlar halına gətirəcəm».
L.Graham Senatda cümuhuriyyətçi partiyanın mühafizəkar qanadını təmsil edir.
Gültəkin