
"Burada özünə qapanmaq, Nərgizi xatirlayaraq için-için ağlamaq üçün heç bir şəarit yoxdur. Dar bir ərazidə, sayı həddindən artıq çox olan məhmbusların içində, sakit olmayan bir yerdə belə dərdi yaşamaq çox çətindir. Məni bir həftəlik azadlığa buraxanda rəsmilər bunu birinci şəxsin və Ədliyyə Nazirliyi Penitensiar xidmət rəhbərliyinin böyük lütfükarlığı kimi təqdim edirdilər. Dəfndən qayıdandan sonra həbsxana rəhbərliyindən xahiş etdim ki, heç olmasa gecələr yerimdə uzandığım zaman sakit bir şəaritdə Nərgizimi düşünmək, onun haqqında xəyallara dalmaq üçün məni daha az məhbusun yerləşdiyi, daha kiçik otaqların birinə keçirsinlər. Çünki 120 nəfər məhbusun yaşadığı barakda siqaret çəkənlərin, bütün gecə laqqırtı vuranların, söyüş söyənlərin əlindən yuxuya getməyin özü hətta ezablı işdir. Üstəlik, astma xəstəliyim də belə şəraitdə tez-tez fəallaşır. Həbsxana rəhbərliyi xahişimə cavab olaraq bildirdi ki, istismar tipli hissəni yalnız Nərgizin 40-na qədər balaca, nisbətən səliqəli və siqaret çəkilməyən otaqla əvəzləyə bilərik. Nərgizin 40-ı çıxdı və məni yenidən köhnə baraka qaytardılar. Halbuki, mərhəmətdən danışırlar. Lakin sadə məsələni, həlli mümkün olmayan problemə çevirdilər. Həm də, münasib otaqlarda boş yerlərin sayı kifayət qədər çox ola-ola. Buna da dozerik…"