Son gün ərzində Ukraynanın şərqində 5 nəfər ölüb

Atəşkəsə baxmayaraq son gün ərzində Ukraynanın şərqində 5 nəfər ölüb.
 
Ukrayna ordusu son 24 saat ərzində 3 əsgərin öldüyünü, 4-nünü isə yaralandığını xəbər verirlər.
 
Mənbə həmçinin Marinka kəndi yaxınlığında 2 əsgərin əsir düşdüyünü deyir.
 
Rusiyapərəst separatçılar isə mayın 31-də 2 mülki sakinin öldüyünü, 5-nin isə yaralandığını deyirlər.
 
BMT-nin son məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.