Ərdoğan qızıl unitaza görə istefa verəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğluna televiziya vasitəsi ilə ismarıc göndərib.
 
Lent.az-ın milliyet.com.tr-yə istinadən məlumatına görə, Ərdoğan Kılıçdaroğlunun prezident sarayı ilə bağlı iddialarına cavab verib: “Bunu ilk dəfə və çox açıq deyirəm. Əgər ana müxalifət partiyasına rəhbərlik edən şəxs dürüst və namusludursa, ona icazə verirəm, gəlsin sarayı gəzsin. Əgər dediyi qızıl unitazı tapa bilməsə, vəzifəsindən istefa versin. Tapsa, mən prezidentlikdən istefa verərəm”.
 
Qeyd edək ki, CXP lideri mitinqlərdə Ərdoğanın prezidentlik sarayında qızıl unitazların olduğunu iddia etmişdi.