Astara rayonu, Seləkəran kənd sakin Cahangir Məmmədov “Azadlıq”a məktub göndərib. Astara sakininin müraciətində deyilir:
“Astara rayonunun həmin kəndində mənim adıma olan həyətyanı torpaq sahəsi və evə sövet dövründən pasport verilib. 2014-cü ildə həmin torpaq sahəsindən 07 sotu qızım Məlahət Əliyevaya bağışlamışam. Bu barədə mülkiyyət kağızı da verilib. Lakin sonra əmlak idarəsi qudamla birləşərək mənim evimi və həyətyanı torpaq sahəmi əlimdən almaq istəyir.
Dövlət başçısına, daxili işlər nazirinə, baş prokurora və digər qurumlara şikayət etmişəm. Onlar şikayətlərimi əmlak idarəsinə göndərib. Bu idarədən şikayətçi olduğum halda, şikayətimi həmin ünvana göndərirlər. Heç nəyi yoxlamadan və mənim iştirakım olmadan rayon reyestr idarəsinin qanunazidd hərəkətinin olmadığını deyirlər. Məndən iki dəfə rüsum da alınıb. Xahiş edirəm, rayon reyestr idarəsinin əməkdaşı Hicran Mahmudovanın özbaşına hərəkətlərini araşdırasınız və bu hərəkətlərə son qoyulmasını, pozulmuş hüququmun bərpa edilməsini təmin edəsiniz".
Sosial şöbə