Dünya çempionatı Rusiyadan alına bilər

Almaniyanın ədliyyə naziri Xayko Mas Bild nəşrinə müsahibəsində bildirib ki, 2018-ci ildə dünya çempionatını keçirmək hüququ Rusiyadan alına bilər.
Nazirin sözlərinə görə, hər bir azarkeş qərarın necə qəbul olunduğunu bilmək hüququna malikdir. Əgər səslərin alındığı sübut olunsa, çətin ki, qərar qüvvəsində qalsın. “Ən böyük rüşvət dünya çümpionatının keçirilməsi hüququ üçün əsas faktor ola bilməz”, – deyə nazir qeyd edib. 
Nazir öz ərazisinə alman siyasətçilərini buraxmayan Rusiyanın dünya çempionatına ev sahibliyi edəcəyinə şübhə ilə yanaşıb. 
azadlıq.info