Avtoritetlər «Ded Xasan»ın qatilini tapıblar

«Ded Xasan» ləqəbli Aslan Usoyanın işi üzrə istintaq dayandırılıb. Rusiya hüquq-mühafizə orqanlarından verilən məlumata görə, istintaq iki il ərzində heç bir nəticə əldə edə bilmədiyindən belə qərara gəlib. Lakin o da bildirilib ki, istintaqın dayandırılması qatillərin axtarılmayacağı demək deyil. Əgər iş üzrə tutarlı dəlil aşkarlansa, istintaqın fəaliyyəti bərpa olunacaq.
 
BBC-nin məlumatına görə, artıq kriminal dairələrdə «Ded Xasan»ın qatilinin kimliyi müəyyənləşdirilib. Usoyanın xələfi Zaxariy Kalaşov («Şakro Molodoy» ləqəbli) bildirib ki, icraçılar əməllərinə görə cavab verəcəklər.
 
Aslan Usoyan 2013-cü ilin yanvarında Moskvanın mərkəzində güllələnib. Bundan əvvəl də ona sui-qəsd cəhdləri olmuş, lakin uğursuzluqla nəticələnmişdi.
 
Gültəkin