Platini Blatteri istefaya çağırdı

UEFA üzvlərinin əksəriyyəti cümə günü keçiriləcək FİFA prezidenti seçkisində İordaniya şahzadəsi Əli bin Əl Hüseynə səs verəcək. Bunu UEFA prezidenti Mişel Platini təşkilatda keçirilən toplantıdan sonra deyib. Platini həmçinin Yozef Blatteri təcili  istefaya getməyə çağırıb.
UEFA prezidenti  bildirib ki, 2011-ci ildə Blatterə inanaraq ona səs verib. “2011-ci ildə o bizdən xahiş etdi ki, dəstək verək. Bizi əmin etdi ki, bu onun son seçkisidir. Yalana inanıb səs verməyib mənim üçün xoşagəlməzdir”, – deyə Platini qeyd edib. 
 
azadlıq.info