Əziz dostlar, gəlin, itirilmək təhlükəsilə üzləşmiş Vətənimizi xilas edək!!! Ölkədə getdikcə artan narazılıqların fonunda Milli Şuranın keçirdiyi mitinqlər yüksələn xətlə davam edir; artıq sosial narazılıq siyasi narazılğa çevrilir və passiv etiraz aktiv fazaya keçid alır. Ardıcıl xətlə davam edən dinc mitinqlərin xalqın içindəki qara- qorxunu çıxardıb, etirazın adiləşəcəyindən ehtiyat edən hakimiyyət bu yüksəlişin, qarşısını almaq üçün müəyyən maneələr yaradır, hətta qanuna zidd olaraq, dinc aksiyaların bazar günləri keçirilməsinə belə imkan vermir. Artıq üçüncü dəfədir ki, hakimiyyət Milli Şuranın bazar gününə təyin etdiyi mitinqlə bağlı müraciətinə mənfi cavab verir. Məqsəd aydındır-hakimiyyət qələbəlikdən qorxur… Ona görə də kütləviliyin qarşısını almaq, iştirakçıların potensialını zəiflətmək üşün Milli Şuranın mayın 31-də mitinq keçirtməklə bağlı müraciətinə cavab olaraq, mitinqin bazar günü deyil, məhz şənbə günü, 30 mayda keçirilməsinə razılıq verib. Təbii ki, mitinqin təkcə gününü deyil, hətta saatının dəyişdirilməsində hakimiyyətin belə israr etməsi qanuna ziddir. Əlbəttə, Milli Şura əvvəlki mövqeyində qalıb bu dəfə də, şənbə günü mitinq keçirtməkdən imtina edə bilərdi. Amma son bir ayda bir-birinin ardınca baş verən qanunsuz olaylar, xüsusilə, “19 may” faciəsi ölkədə mövcud vəziyyəti kökündən dəyişib. Baş verən faciənin fonunda hakimiyyətin, xüsusilə ali icra orqanının, bütövlükdə isə mövcud sistemin nə qədər acınacaqlı bir durumda olduğu bütün çılpaqlığı ilə üzə çıxdı. Ona görə də Milli Şura mövcud durumu dəyərləndirərək yaranmış situasiya uyğun olaraq 30 mayda “ Məhsul”stadionunda mitinq keçirtmək haqda qərar qəbul edib.İndi söz sizdədir, əziz həmvətənlər! Böyük ustadımız Şəhriyar demiş:
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!