Elvin Abdullazədnin vəkili istintaqin yenilənməsini istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullazadənin narkotik ittihamı ilə şərlənməsinə dair növbətı məhkəmə prosesi keçirilib. Bu günkü iclasda Vəkil Əli Mehdiyevin müdafiə çıxışı gözlənsə də, vəkil keçən prosesdə dövlət ittihamçısının tələm-tələsik məhkəmə istintaqının yekunlaşmasını tələb etməsinə etirazını bildirdi. Vəkil bu işdə ən ədalətli qərarın bəraət hökmü olduğunu bildirdi, amma bunun praktikada nadir hal olmasını da diqqətə gətirdi. Bunun üçün ən düzgün yol kimi işin yenidən istintaqının aparılmasını bildirdi.
 
Əli Mehdiyev həmçinin keçən proseslərdə verilmiş vəsatətlərin qəbul olunmamasına da münasibət bildirdi. O qeyd etdiki, İstər təhqiqatçı Nazim Quliyevin şahid kimi dindirilməsi, istərsə də hal şahidi Dərgah Quliyevin yenidən dindirilməsini CPM-nin tələblərinə tam uyğundur. Bunun Ali Məhkəmənin plenum qərarları ilə təsbit olduğunu məhkəmə iştirakçılarının nəzərinə çatdırdı. Hal şahidinin dəfələrlə siyasi proseslərdə şahidlik etməsini, hətta Sabirabad rayonuna gedib orda da bu əməllərlə məşğul olmasını onun polis orqanları tərəfindən aslı olması şübhələrinin əsaslı olduğunun sübutu kimi qiymətləndirdi. Turkel Əlisoyun şahid kimi dindirilməsi vəsatətinin də qəbul olunmamasının başa düşülən olmamasını diqqətə çatdırdı. Türkelin bu barədə yazdığı Facebook statusunu, həmin statusa yazılan şərhləri hakimlərin və məhkəmə iştirakçılarının nəzərinə çatdırdı. Vəkil Əli Mehdiyev ədalətli hökm çıxarılması üçün istintaqın təzələnməsi barədə vəsatət verdi. Dövlət ittihamçısı vəsatətin qəbul olunmamasını istədi. Hakimlər isə qisa müşavirə edərək vəsatəti təmin etmədilər. Vəkilə çıxış üçün müraciət etdilər. Əli Mehdiyev hazırlaşmaq üçün vaxt istədi. Vəkilin çıxışı ilə məhkəmə prosesinin davam etdirilməsi üçün mayın 29-u saat 12:00-a növbəti prosesi təyin edildi.
 
Məhkəmədə AXCP rəhbərliyinə daxil olan şəxslər, ictimai fəallar iştirak edirdi.