
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Turan İA" və “Amerikanın səsi” radiostansiyasının müxbiri Tapdıq Fərhadoğlunun (Quliyev) ərizəsini baxılmaq üçün qəbul edib.
Ərizə nömrələnib və T.Fərhadoğlunun işi üzrə gələcək yazışmalarda istifadə olunmaq üçün barkod verilib. Bu, o deməkdir ki, ərizə düzgün, AİHM standartlarına uyğun olaraq tərtib edilib. Bunu jurnalistin maraqlarını müdafiə edən hüquqşünas Samirə Ağayeva bildirib.
Şikayət ondan ibarətdir ki, BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı jurnalistə hücum faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb. Hücum nəticəsində jurnalist ciddi xəsarət alıb və iş qabiliyyətini qismən itirib.
S.Ağayeva bildirib ki, şikayətdə jurnalistin Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 3-cü (işgəncənin və qeyri-insani davranışın qadağan edilməsi); 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) və 10-cu fikrin ifadə olunması azadlığı) maddələri ilə zəmanət verilmiş hüquqları pozulub.
“Quliyev Azərbaycana qarşı” adlanan şikayətin araşdırılmasında növbəti mərhələ Strasburaq məhkəməsinin Azərbaycan hakimiyyəti ilə kommunikasiyası olacaq.
Bu prosedurun müvəqqəti çərçivəsi yoxdur, bu, baxılmaq üçün AİHM-dədir.