Ziya Məmmədov qaziləri “vurdu”

Qazilər nazirlik qarşısında etiraz aksiyasına məcbur oldular

 
Bakı şəhərinə girişinə müvəqqəti qadağa qoyulmasında   nəqliyyat departamentinin sərgilədiyi “ögey – doğma” münasibət Vətən uğrunda gedən döüşlərdə sağlamlığını itirmiş keçmiş döyüşçülərin kəskin etirazına səbəb olub. İri məmurların , ayrı – ayrı arxalı sahibkarların sahib olduqları marşrutlara  toxunmayan Departament bir neçə alternativ variantların mövcud olmasına baxmayaraq, onların sahib olduğu 91(92) və 169 nömrəli marşrutu şəhərə buraxmamaq qərarına gəlib. Əvəzində nəqliyyat nazirliyinin rəsmisinin televiziya ilə şəhərə girişi qadağan edildiyi deyilən marşrutların bir çoxu (119, 215, 135 və. s) hansısa “yolla” əvvəlki xətt üzrə sərbəst hərəkət edirlər. Redaksiyamıza daxil olan məlumata görə,  nazirlik tərəfindən elan edilsə də, nazir, nüfuzlu din xadimi, iri məmurlara məxsus olan marşrutlarda heç bir dəyişiklik yoxdur.      
 
Qadağa isə, heç bir əsas olmadan Vətən qazilərinin marşrutlarına şamil edilməyə başlayıb. Belə ki,  Bakı şəhər Nəqliyyat Departamenti Avropa Oyunlarını bəhanə edərək, son dayanacağı Memar Əcəmi metrostansiyası olan bu marşrutların  Bakıya girişini qadağan edib. Halbuki bu marşrutların  20 yanvar stansiyasına girməmək şərti ilə bir neçə alternativ yolu var. Onlardan ən optimal variant şəhərin girəcəyindən Mir Cəlal küçəsi ilə 4 – mikrorayon həndəvəridir. Bu həm də Biləcəri və  Binəqədi kimi qəsəbələrdə yaşayan minlərlə sadə vətəndaş üçün ikiqat əziyyət və maddi itki deməkdir. Bu marşrutdan qazanılan pulla ailəsini dolandıran yüzlərlə  Vətən  qazisi son çarə kimi Nəqliyyat Nazirliyi qarşısında etiraz aksiyasında görürlər və əldə etdiyimiz məlumata görə yaxın iki gün ərzində bunu reallaşdırmaq niyyətindədirlər. Onlar nazir Ziya Məmmədovdan prezidentin Vətən qaziləri haqda verdiyi göstəriş və tövsiyyələrə əməl olunmasını tələb edəcəklər.