ABŞ-da partlayışın təsirini azaldan «oboy» hazırlanıb. Tərkibində yüksək müqavimətli xüsusi maddələr olan yeni divar kağızının olduqca yüngül olduğu bildirilir. Hələlik bu «oboy»lardan amerikalı əsgərlərin xidmət etdiyi yerlərdə istifadə olunacaq. Ekspertlər ABŞ-ın bu icadının hərbi obyekt və müəssisələr üçün faydalı olacağını hesab edir. Ballistik divar kağızları son vaxtlar Amerika ordusunun nümayiş etdirdiyi 100 yenilikdən biridir.
Gültəkin