
“VOLVO” markalı yük avtomobilinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 03:09-da başa çatıb. (lent.az)