Avropa Birliyinin «Şərq tərəfdaşlığı» sammitinin Riqada keçirilən toplantısında maraqlı hadisə baş verib. Macarıstanın baş naziri Viktor Orban səhnəyə çıxarkən Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker «diktator gəlir» deyərək hər kəsi heyrətləndirib. Səhnəyə çıxandan sonra təkrarən Orbanı «diktator» deyərək bir az fərqli tərzdə salamlayan Yunker üstəlik onun üzünə yüngülcə sillə də vurub. Orban isə buna gülməklə qarşılıq verib. «Reuters»in məlumatına görə, Yunker Orbanı bundan əvvəl də «diktator» adlandırıb. Amma kameralar qarşısında bunu heç vaxt dilə gətirməyib.