Britaniya şirkəti unikal 3D printer hazırlayıb

Böyük Britaniyanın “By Flow” şirkəti unikal 3D portativ printerini təqdim edib. İKT.lent.az-ın “OneGadget” bloquna istinadən verdiyi xəbərə görə, printer 20 saniyəyə işə salınır, çap isə 2 dəqiqə çəkir və istehsal olunan məhsul yüksək keyfiyyəti ilə seçilir.   
 
Yeni kompakt printer yığılır, çəkisi yüngüldür və buna rəğmən çox möhkəmdir. O, həm ənənəvi plastik materiallar, həm də ağac, bürünc, biorezin, neylon, keramika, silikon, hətta şokoladla çap həyata keçirməyə qadirdir. 
 
Priterin xüsusi çamadanda çəkisi cəmi 7 kiloqramdır. Qılafı onu sudan, tozdan, zərbələrdən və digər kənar təsirlərdən qoruyur.
 
Yeni qurğunu qiyməti 2150 funt-sterlinqdir. Onun bu ilin dekabrında buraxılması planlaşdırılır.