65 yaşlı qadının dördəmi oldu

Almaniyada 65 yaşlı qadın dördəm dünyaya gətirib. Körpələrdən üçü oğlan, bir qızdır. Vaxtından əvvəl doğulan uşaqların çəkiləri 655-960 qram, boyları isə 30-35 sm. arasında dəyişir. Süni mayalanma yolu ilə dünyaya gələn körpələr hazırda küvəzdə saxlanılır. Anneqret adlı bu qadının bundan əlavə 13 övladı var. Onlardan ən böyüyü 44, ən kiçiyi isə 10 yaşındadır. Orta məktəbdə müəllimə işləyən Anneqret dünyanın dördəm dünyaya gətirən ən yaşlı qadını sayılır.
 
Gültəkin