Finlandiya Rusiya ilə savaşa hazırlaşır

Ehtiyatda olan 900 min hərbiçiyə məktub göndərilib
 

Britaniyanın «Daily Telegraph» nəşri maraqlı məqalə ilə çıxış edib. Qəzetin yazdığına görə, son vaxtlar Finlandiyanın hərbi sahədə verdiyi bəzi qərarlar ölkənin Rusiya ilə savaşa hazırlaşdığını göstərir. Artıq ölkə üzrə ehtiyatda olan bütün hərbiçilərə məktub göndərilib. Səbəb kimi də Rusiya ilə bağlı artan gərginlik göstərilib: «Xaricdə yaşayanlar da daxil olmaqla 900 min ehtiyatda olan hərbiçiyə məktub göndərilib. Məktubların birincisi mayın əvvəllərində, ikincisi bu günlərdə göndərilib. Finlandiya NATO üzvü deyil və Avropa ölkəsi kimi, Ukraynadan sonra Rusiya ilə ən uzun sərhədi bölüşür».
 
Məqalədə o da qeyd olunur ki, Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqindəki gərginlikdən sonra Finlandiyi hücum qarşısında tamamilə müdafiəsiz qalıb.
 
Gültəkin