
Moderator.az xəbər verir ki, bu gün saat 13:00-da Gəncə Apellyasiya Məhkəməsində araşdırmacı jurnalist Ərşad İbrahimlinin apellyasiya şikayətinə baxılıb. Məhkəmə işi birtərəfli araşdıraraq jurnalistə verilən cəzanın yalnız bir il azaldılması ilə kifayətələnib. Belə ki, ötən ilin yayında Gəncə Ağır Cinayətlər Məhkəmisi Kəlbəcər Rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun şikayəti əsasında jurnalisti 11 il müddətinə azadlıqdan məhrum edib.
Bu gün baş tutan Apellyasiya məhkəməsi isə hökmü demək olar ki, qüvvədə saxladı, jurnalistin cəzası 10 ilə endirildi.
Qey edək ki, məhbus jurnalistin vəkili və ailə üzvləri Apellyasiya məhkəməsinin qərarını ədalətsiz və qərəzli hesab edirlər. Məhbusun qardaşı Taryel İbrahimov Moderator.az-a bildirdi ki, ailə məhkəmənin sifarişli və qanunsuz hökmü ilə barışmayacaq, Ərşad İbrahimliyə qarşı açılan qondarma ittihamları ifşa etmk üçün bütün vasitələrə əl atacaqlar. Taryel ibrahimov təəssüflə onu da bildrid ki, qardaşı prezidentin korrupsiyay qarşı mübarizə üçün bir neçe il öncə ictimaiyyətə çağrışının qurbanı oldu:
“Ərşad prezidentin müraciətindən ilhamlanaraq Kəlbəcər Rayon Təhsil şöbəsini keşmiş müdirinin korrupsiya əməllərini ifşa etmiş, onun bu ifşası Baş Prokuror Yanında Korrupsyaya qarş mubarizə idarəsi tərəfindən də təsdiqlənmişdi. Lakin sonda korrupsionerlər qələbə çaldı. Məmur özbaşnalığına qarşı mübarizə aparan jurnalist şərlənərək ağir cəzaya mehkum edildi.”