
«AVAAZ Qlobal Xalq Hərəkatı»nın təşkil etdiyi aksiyada «Bizim ətraf mühiti qoruyan baş nazirimiz haradadır?», «Ətraf mühitin qayğısına qalanlar kömür yandırmaz!», «Kömür torpaq altında qalsın!» şüarlarının yazıldığı plakatlar qaldırılıb. Merkelin Olandı qarşıladığı anda etirazlar və şüarlar bir qədər də güclənib. Maskalı gənclər bu dəfə də «Təmiz enerji istəyirik!», «Kömürü dayandırın, çevrəni qoruyun!» şüarlarını səsləndiriblər.
Aksiyaçılar bildiriblər ki, iyunun 7-nə – G-7 liderlərinin Münhendə keçiriləcək növbəti zirvə toplantısına qədər Merkel səslənən tələbləri yerinə yetirməlidir.


Gültəkin