
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il dövlət büdcəsi 308 mln 434,76 min manat kəsirlə icra edilib. Büdcə gəlirləri 18 mlrd 400 mln 565,23 min manat olub. Bunun 50,74%-i ARDNF-dən transfertlərdir – 9 mlrd 337 mln manat. Əlavə dəyər vergisi 3 mlrd 119 mln 578 min manat, hüquqi şəxslərin mənfəət vergisi 2 mlrd 302 mln 479,17 min manat, idxal ƏDV-i 1 mlrd 70 mln 960,58 min manat təşkil edib.
Xərclər 18 mlrd 708 mln 999,99 min manat olub. Dövlət infrastruktur layihələrinə 6 mlrd 256 mln 706,72 min manat xərclənib. Digər xərclər 2 mlrd 580 mln 776,15 min manat olub.
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il büdcə xəzinə hesabında qalıq 1 mlrd 728 mln 622,3 min manat olub. Onlar 2015-ci ilin büdcəsinə keçirilib.