Avropa Birliyindən Mursi açıqlaması

Avropa Birliyi Misir məhkəməsinin devrilmiş prezident Məhəmməd Mursi barəsində çıxardığı edam hökmünə sərt təpki verib. Qurum hesab edir ki, qərar Misirin beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Avropa Birliyinin yetkilisi Federika Mogherini bildirib ki, təmsil etdiyi qurum edam hökmünə qəti şəkildə qarşıdır: «Edam cəzası qeyri-insani, insanın şərəfini alçaldan davranışdır. Ümid edirik ki, qərar yenidən nəzərdən keçiriləcək. Hüququn aliliyi təmin edilməlidir».
 
Gültəkin