PR Newswire-nin məlumatına görə, ABŞ-ın Milli Mətbuat Klubu Xədicə İsmayılovanı 2015-ci ildə öz mükafatına layiq görüb. Mənbənin məlumatında deyilir ki, 2014-cü ildə həbs edilmiş İsmayılova Azərbaycanda həbsdə olan 9 jurnalistdən biridir. “Ümid edirik ki, dünya Avropa Oyunlarını izlərkən Azərbaycanda həbs edilmiş jurnalistləri xatırlayaaq”, deyə ABŞ MMK-nin rəhbəri Con Hyuz bildirib.
ABŞ MMK hər il öz mükafatları ilə dünyada azad mətbuat dəyərlərini müdafiə edən reportyorları təltif edir. Təltifetmə mərasimi hər il iyulun 29-da Vaşinqtonda keçirilir.
MMK 1908-ci ildə ABŞ-ın aparıcı KİV və jurnalistləri tərəfindən təsis edilib.


