Rusiyanın Leninqrad vilayətində, Sankt-Peterburq şəhəri yaxınlığında yerli kazak icmasının təşəbbüsü ilə ölkə başçısı Vladimir Putinin Roma imperatoru qiyafəsində büstü qoyulub.
Büstün sinəsi кusiya gerbi həkk olunmuş medalla bəzədilib.
Xəbərlərə görə, heykəlin başına dəfnə yarpaqlı çələngin taxılması da nəzərdə tutulmuşdu, lakin son anda bu fikirdən imtina olunub.
Rusiya mətbuatına əsasən, süni sintetik materialdan hazırlanmış büst heykəltaraş Pavel Qreşnikovun emalatxanasında yaradılıb.
"Bu obraz Rusiyada qurduğumuz demokratiyamızın rəmzidir", Deutsche Welle radiosuna Sant-Peterburq "İrbis" kazak icmasının atamanı Andrey Polyakov bildirib.