
Bu da bildirilir ki, polis maşını saxlayanda sürcünün ayaqları arasında saxladığı pivə şüşəsini görüb. Başqa bir açıq pivə tənəkəsi də maşının stəkanlığında olub.
Polis deyir ki, avtomobil meydanın yalnız piyadalar üçün nəzərdə tutulmuş hissəsində saxlanıb.
Yoxlama zamanı sürücünün içkili olduğunu üzə çıxıb. Polis güman edir ki, gənc avtomobili pivə içə-içə idarə edirmiş.
Bələdiyyə polisi sürücünü dövlət polisi idarəsinə təhvil verib. «Ferrari»nin bu modeli 150-170 min dollar civarındadır.
Qeyd edək ki, Çexiyada tanınmış azərbaycanlıların mülkləri var. Bu mülklər haqda bir neçə il əvvəl AzadlıqRadiosunda geniş araşdırma çap edilmişdi. (Azadlıq.org)