Mursiyə ölüm hökmü çıxarıldı

Misirin bir neçə il əvvəl hərbi çevriliş nəticəsində devrilmiş prezidenti Məhəmməd Mursi ölüm cəzasına məhkum edilib. Mursi bəzi cinayətlərdə, o cümlədən, həbsxanadan dustaqların kütləvi qaçmasında əli olmaqda ittiham edilir. Məhkəmənin çıxardığı hökmü ölkənin baş müftisi təsdiq etməlidir. Yalnız bundan sonra məhkəmə yekun qərarı çıxara bilər.
Xatırladaq ki, Misirin keçmiş prezidenti hələ aprel ayında 20 il müddətində azadlıqdan məhrum edilmişdi.
 
azadliq.info