Namizədi təbliğat mitinqində güllələdilər

Meksikada Yurekuaro şəhərinin mer postuna namizədi Enrike Ernandes seçkiöncəsi mitinq zamanı güllələnib. Yerli KİV-lərin məlumatına görə, Ernandesə mitinq zamanı yaxınlıqdan keçən avtomobildə olan naməlum şəxslər atəş açıblar. Onların kimliyi hələ ki müəyyənləşdirilməyib. Solyönümlü Morena Partiyasını təmsil edən E.Ernandes bununla yanaşı, narkoticarətçilərə qarşı mübarizə aparan yerli quruma rəhbərlik edirdi. Bu, may ayı ərzində Meksikada baş verən ikinci belə qətl hadisəsidir. Bundan əvvəl Çilapa şəhərinin merliyə namizədi Ulises Kiros qətlə yetirilmişdi.
 
Gültəkin