Deputatın qardaşı oğluna “yox” deyildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində “1001 gecə” restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəşad Mirələmovun hökmündən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
Apelyasiya şikayəti təmin edilməyib.
 
Rəşad Mirələmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. O, apelyasiya şikayəti verərək cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.
 
Nənəş İsmayılovanın vəkili Altay Muradov isə apelyasiya şikayəti verərək işin ibtidai istintaqa qaytarılmasını, cinayətin digər iştirakçılarının müəyyən edilməsini istəyib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Mirələmov ömürlük azadlıqdan məhrum edilib. (Virtualaz.org)