Son günlər yaşanan “oliqarx ovu” dalğasında daha bir iş adamının həbsi barədə redaksiyamıza məlumat daxil olub.
Məlumata görə, Riyad apteklər şəbəkəsinin rəhbəri Aqil Quliyev bir neçə gün qabaq saxlanaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb. Onun hazırda da bu idarədə saxlandığı deyilir.
Həbsin səbəbi barədə təfərrüat hələlik bəlli deyil.
Məlumatla bağlı hüquq-mühafizə orqanlarından rəsmi mövqe öyrənməyə çalışırıq.
azadliq.info


