
İŞİD silahlıları İraqın ər-Ramadi şəhərində hökumət binasını ələ keçiriblər. İraq hökumətinin məlumatına görə, İŞİD-çilər şəhər administrasiyası və polis idarəsi qarşısında içərisində partlayıcı qurğular olan 6 maşın partladıblar. Hadisə zamanı 50 polis işçisi girov götürülüb. İŞİD ər-Ramadiyə bu ilin aprelində – İraq hökuməti Anbar vilayətində qruplaşmaya qarşı əməliyyata başladığını elan edəndən sonra daxil olub. Anbar İraqın ən böyük vilayətlərindən biridir. Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə sərhədləri olan vilayətdə əhalinin əksəriyyətini sünnilər təşkil edir.
Gültəkin