Bayraq Meydanının keçmiş rəisi MTN-də saxlanılır

Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov-Martirosov hazırda MTN-in istintaq təcridxanasında saxlanılır. 
 
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.
 
Qeyd edək ki, R.Məmmədov-Martirosovun hansı maddələrlə ittiham olunduğu bəlli deyil. Bununla yanaşı mənbələrin verdiyi məlumata görə, şirkət sahibinin özünün və qohumu Azər Əsgərovun yaxınları hələ də istintaq və həbs altındadır.
 
Sayt eyni zamanda oliqarx Hacı İbrahim Nehrəmli haqqında da məlumat yayıb. Belə ki, bir sıra mənbələrdə Nehrəmlinin artıq DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən buraxıldığı haqda məlumatlar yayılsa da bu xəbər təkzib edilib.
 
“Ən çox borcu olan şəxs Hacı İbrahimdir. Mənim müdafiə etdiyim şəxsin borcu Hacı İbrahimin borcundan azı 10 dəfə azdır, amma onu hələ buraxmayıblar. Əksinə, axtarış da aparıblar. Bu halda Hacı İbrahimi necə azad edə bilərlər? Ən azı saat 23:00-a qədər Hacı İbrahim hələ orada idi. Belə hadisələrdən sonra o təcridxanadan heç kimi buraxmırlar” – deyə oliqarxların işi üzrə vəkillərdən biri virtualaz.org-a bildirib.