Perunun baş prokuroru Karlos Ramos Erediya korrupsiya qalmaqalına görə istefaya göndərilib. İstintaq orqanı Ramosun mütəşəkkil cinayətlə əlaqəsini üzə çıxarıb. Baş prokurora qarşı iddianı Məhkəmə Sisteminə Nəzarət Şurası qaldırmışdı. K.Ramos hələ ötən ilin dekabrında Perunun ən varlı bölgəsi sayılan Ankaşda korrupsiya qalmaqalı araşdırılmağa başlayandan səlahiyyətlərini icra etmirdi.
Gültəkin